Ədəbiyyat üzrə Nobel mükafatı ONA VERİLDİ - FOTO

  • By admin
  • 07 Oktyabr 2021 15:41

2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, mükafat hazırda Böyük Britaniyada yaşayan Zənzibar əsilli yazıçı Abdulrazak Gurnaha verilib.

Ona mükafat mədəniyyətlərin və qitələrin təlatümündə müstəmləkəçiliyin nəticələrini və qaçqınların taleyini barışmaz və həssas şəkildə ifşa etdiyinə görə verilib.

Gununsesi.info