Şahdəniz və AÇG yataqlarının gəliri açıqlandı

  • By admin
  • 02 Sentyabr 2020 16:00

Bu il Azəri-Çıraq-Günəşli yatağından (01.01.2020 – 01.09.2020 tarixinə qədər) 2 657 milyon dollar gəlir əldə edilib.

Azərbaycan Dövlət Neft Fondundan  Gununsesi.info-ya verilən məlumata görə, Şahdəniz yatağından (qaz və kondensat) qeyd olunan tarixə qədər 232 mln. dollar gəlir qazanılıb.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 166 mln. ABŞ dolları təşkil edib.

Gununsesi.info