Sahil Babayev - Məhkəmədə vətəndaşa 200 manat xərclədən və uduzan nazir

  • By admin
  • 09 Oktyabr 2021 12:28

Gənc fəal Bəxtiyar Hacıyev ölkənin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin vətəndaşlara qarşı qanunsuzluqları barədə maraqlı qeydlər yazıb.

Gununsesi.info həmin qeydləri təqdim edir:

Deməli, vətəndaş ona əsassız olaraq 190 manat verilməməsindən məhkəməyə şikayət edir, aylarla çəkən prosesdən sonra sübut edir ki, nazirliyin imtinası əsassızdır, onun adına torpaq sahəsi heç vaxt olmayıb və yoxdur.

Nazirlik apellyasiya şikayəti verir, yenə uduzur. Sizcə, növbəti mərhələdə gənc Əmək (1 m ilə) naziri Sahil Babayev nə edir?

Doğru tapdınız! Nazirlik Ali Məhkəməyə kassasiya şikayəti verir. Ali Məhkəmədə vətəndaşı mütləq vəkil təmsil etməlidir, vəkilin order qiyməti minimum 110 manatdır, minimum xidmət haqqını da üstünə gəlsək, 200 manat.

Yəni, kasıb, işsiz, aztəminatlı vətəndaşa haqsız olaraq “torpağın var, 190 manat düşmür sənə” deyirlər, 1 il məhkəmələrdə süründürüb, uduzurlar. Sonra Ali Məhkəməyə göndərirlər ki, get, 200 manat da xərclə, sübut elə ki, torpağın yoxdur.

Buna iş demirlər, buna dövlət demirlər, bu, ən yumşaq ifadə ilə desək, qansızlıqdır. Sonra da nazir əməkdaşlarına deyir ki, bizi müsbət tərəfdən təqdim edin sosial şəbəkələrdə. Bu qədər biabırçılığı necə müsbət təqdim etmək olar?

Gununsesi.info