Şair Əziz Musa vəfat edib – FOTO

  • By admin
  • 30 May 2021 13:01

Şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Əziz Musa vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

Bildirək ki, Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.

“İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.

Allah rəhmət eləsin.

Gununsesi.info