Şair Tərlan Əbilov: - "AYB-nin Lənkəran bölməsi ilə bağlı təyinat uğursuz olub"

  • By Admin2
  • 09 İyul 2026 12:37

Şair Tərlan Əbilov Azərbaycan Yazıçılar Birliyinin (AYB) bölgə bölmələri ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Gununsesi.info-nun xəbərinə görə, o bildirib ki, AYB sədri Anarın bəzi təyinatlarını uğurlu hesab edir.

Tərlan Əbilov xüsusilə AYB-nin Mingəçevir bölməsinə şair Elşən Əzimin sədr təyin olunmasını müsbət qiymətləndirərək, onun “sözün əsl mənasında şair və ədəbiyyat adamı” olduğunu vurğulayıb.

Bununla yanaşı, şair təxminən 5-6 il əvvəl AYB-nin Lənkəran bölməsinə edilən sədr təyinatını uğursuz adlandırıb.

“Təyinat sanki ‘sənlik deyil, sus’ mesajı idi. O da çarəsizcəsinə susub, Lənkəran ədəbi mühitini zənbil ədəbiyyatına çevirib”, – deyə Tərlan Əbilov qeyd edib.

Orxan

Gununsesi.info