Salyanda 3 otaqlı ev yandı

Salyan rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info -ya verilən məlumata görə, Salyan rayonunun Xələc kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Gununsesi.info