Samir Şərifov: Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası münasibətlərdə yeni mərhələ açıb

  • Müəllif: Firuzə
  • 01 İyul 2026 20:28

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə münasibətlərinin inkişafında tarixi mərhələ kimi qiymətləndirilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş nazirin müavini Samir Şərifov ABŞ-nin müstəqilliyinin 250-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyub və iqtisadi əməkdaşlığın institusional mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir:

“Bu sənəd ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun, iqtisadi əməkdaşlığın və digər qarşılıqlı maraq doğuran sahələr üzrə tərəfdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradır”.

Gununsesi.info