Samuxda 38 yaşlı şəxs özünü bıçaqladı

  • By admin
  • 07 May 2021 15:43

Samux rayonunda 38 yaşlı kişi bıçaq xəsarətləri alıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ceyrançöl ərazisində qeydə alınıb.

Bildirilib ki, Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Abdul Abdullayev bir neçə bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

“Rayon ərazisində hərhansı bir güllələnmə faktı olmayıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs özünə bıçaq xəsarətləri verib.

Faktla bağlı araşdırmalara başlanılıb”.