Sarkisyanla Koçaryan Paşinyana qarşı koalisiya YARADACAQ

  • By admin
  • 14 İyun 2021 14:21

Ermənistanda növbədənkənar parlament seçkiləri ilə bağlı siyasi hərəkətlilik davam edir.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Robert Koçaryanın başçılıq etdiyi “Ermənistan” bloku ilə Serj Sarkisyanın “Şərəf duyuram” bloku seçkidən sonra koalisiya qura bilər.

“Mən əminəm ki, bu hakimiyyəti uzaqlaşdırmaq üçün biz istənilən məntiqli addıma gedə bilərik. “Ermənistan” bloku ilə ittifaq qurmağı tam real hesab edirəm”-deyə “Şərəf duyuram” blokuna daxil olan “Vətən” partiyasının rəhbərlərindən Arsen Babayan deyib.