Səfirdən maraqlı paylaşım - Oğlu azərbaycanca oxudu - Video

  • Müəllif: Orxan
  • 28 May 2026 13:48

Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenkonun oğlu Şuşada “Şən Azərbaycan” mahnısını ifa edib.

Gununsesi.info xəbər veirir ki, bu barədə səfir feysbuk hesabında paylaşım edib.

“Azərbaycan Respublikasını və Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mahnı ilə oğlum Azərbaycana olan hörmətini və sevgisini ifadə edir”, – paylaşımda qeyd olunub.

Esaulenko həmçinin paylaşıma oğlunun sözügedən mahnını ifa etməsini əks etdirən video da əlavə edib.

Həmin görüntüləri təqdim edirik: