Fələstin torpaqlarını ələ keçirən israillilərin işğal altındakı İordan çayının qərb sahilində yerli Fələstinin müdafiə komitələrini hədəfə aldıqları bildirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ramallahın şimalındakı Sinjil qəsəbəsindəki yerli müdafiə komitələri Fələstin torpaqlarını qəsb etmiş onlarla israillinin əl-Məzrəə əl-Şərqiyyə qəsəbəsindəki tarlalarda toplaşdığını müşahidə etdiklərini bildiriblər.
Şahidlərin bildirdiyinə görə, hərbi müdafiə altında olan israillilər müdafiə komitələrində fələstinlilərə atəş açıblar, lakin heç bir xəsarət və dağıntı olmadığını bildiriblər.
Fələstin dövlət televiziyası israillilərin Sinjil şəhərinin cənubundakı Et-Tell bölgəsinə intensiv hücumlarda həqiqi güllələrdən istifadə etdiyini bildirib.
Orxan












