
Mayın 10-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Aşağı Ağcayazı kəndindən keçən hissəsində batması ehtimal edilən 1 nəfərin axtarışları yekunlaşıb.
Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində vətəndaşın meyiti Şirvan suvarma kanalının Göyçay rayonu, Bığır kəndi ərazisindən keçən hissəsində tapılıb və müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.