“Sivasspor” “Qarabağ”a cavab verdi

  • By admin
  • 02 Oktyabr 2020 17:28

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə “Sivasspor”u Ağdam klubunun paylaşımına cavab verib.

Gununsesi.info-nun məlumatına görə, Superliqa təmsilçisi rəsmi “Twitter” səhifəsində Azərbaycan və Türkiyə bayraqlarını paylaşıb.

Fotonun üzərində isə bu sözlər yazılıb: “Qarabağ” FK, can qardaşlarımız, sizi Sivasda qonaq etməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” öz “Facebook” səhifəsində “Can Türkiyəyə gəlməyimizi səbirsizliklə gözləyirik” paylaşımı edib.

Gununsesi.info