“Siyəzən Broyler”də yanğın baş verdi

  • By admin
  • 13 Mart 2022 16:39

“Siyəzən Broyler” ASC-nin ərazisində yanğın olub.

Gununsesi.info  Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ASC-nin ərazisində ümumi sahəsi 1096 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 548 m² sahədə, içərisində elektrik naqilləri 820 p.m, 12 ədəd mühərrik və havalandırma qurğusu, 1070 ədəd plastik su və yem qabı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info