“Smart” sayğaclarınınmexaniki sayğaclarla əvəzlənməsi istehlakçıların narazılığına səbəb olub - AZAY QULİYEV "AZƏRİQAZ"I İTTİHAM ETDİ

  • By admin
  • 13 Fevral 2021 00:04

 

Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünki iclasında qaz sayğacları üzrə işçi Qrupunun yaradılmasını təklif edib.

Gununsesi.info xəbər verir ki, deputat bunu çox sayda vətəndaşların şikayətlərilə izah edib.

“Mexaniki və elektron sayğacların göstəriciləri faktiki sərfiyyatdan fərqlənir, nəticədə vətəndaşlar istifadə olunandan daha çox pul ödəməyə məcbur olur”, – A.Quliyev deyib.

Deputat diqqəti ona yönəldib ki, sayğaclar sakinlərə mənzil kooperativləri tərəfindən qanunsuz olaraq satılır.

“Azəriqaz”ın və QHT-nin nümayəndələrindən ibarət komissiya yaradılmalı, məsələ birgə və şəffaf araşdırılmalıdır.

“Bundan əlavə, şəffaflığın artırılması və ictimai nəzarətin təmin edilməsi üçün bütün kommunal müəssisələr, xüsusilə də təbii inhisarlarda ictimai şuralar yaradılmalıdır. Qanun yalnız mərkəzi, yerli hakimiyyət orqanları və yerli özünüidarə qurumları yanında ictimai şuraların yaradılmasını tələb edir. Lakin zəruri hallarda qanunvericiliyə ictimai nəzarət mexanizmini və kommunal xidmətləri nəzərdə tutan dəyişikliklər edilə bilər. Hesab edirəm ki, biz bu dəyişikliyi qanunvericiliyə daxil etməliyik”, – o deyib.

Bu yaxınlarda “Azəriqaz” İB-nin Smart qaz  sayğaclarını mexaniki sayğaclarla əvəzləməsi istehlakçıların narazılığına səbəb olub. Mexaniki sayğaclar qaz sərfiyyatı ilə bağlı şişirdilmiş göstəriciləri qeydə alır. Ekspertlər də mexaniki sayğaclara keçidi tənqid ediblər.

Gununsesi.info