“Sosial Tədqiqatlar Mərkəzi” MEDİA-ya qoşulandan sonra nə olacaq? –

  • By Admin2
  • 27 Fevral 2026 15:03

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil ediləcək.

Bundan əlavə, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil olunacaq.

Maraqlıdır ki, bu prosesdən sonra MEDİA-da hansı dəyişiklər olacaq, fəaliyyət istiqamətləri necə olacaq?

Əldə etdiyimiz özəl məlumata görə, hazırda prosesə start verilib və qarşıdakı iki ay müddətində bəzi təşkilati, o cümlədən texniki məsələlər öz həllini tapacaq.

Bir sözlə, qeyd etmək olar ki, yeni struktur üzərində iş gedir.

Orxan

Gununsesi.inf