Şotlandiya ev pişiklərinə qadağa qoymağı düşünür: - Səbəb ələ salındı

  • By Günel
  • 05 Fevral 2025 13:00

Heyvanlar Komissiyasının hesabatına görə, pişiklər hər il İngiltərədə 700 milyon ev heyvanını öldürür. Bu, pişiklərin təbiətə təsiri ilə bağlı narahatlıqlara yol açarkən, SNP ətraf mühitə təsirlərin məhdudlaşdırılmasını müdafiə edib. Amma bəziləri vəziyyəti ələ saldılar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyada hər il təxminən 700 milyon quş, məməli və sürünənin ev pişikləri tərəfindən öldürüldüyü bildirilib.

Belə ki, heyvanların rifahı məsələlərində hökumətə məsləhətlər verən Şotlandiya Heyvan Refahı Komissiyasının (SAWC) hesabatı təəccübləndirdi; Pişiklər ətraf mühit üçün təhlükə yaradır.

Hesabatda qeyd olunur ki, pişiklər vəhşi təbiət populyasiyalarına əhəmiyyətli dərəcədə təsir göstərir: “Deyirlər ki, pişiklər əylənmək üçün ov edirlər, ovlarına işgəncə verirlər, sonra parçalanmış heyvanları sahiblərinə gətirirlər, həmçinin xəstəlik yayırlar”.

Hakim Şotlandiya Milli Partiyasından olan nazir Daily Telegraph qəzetinə bildirib ki, hesabatın nəticələri son dərəcə ciddi qəbul edilir və ev pişiklərinə qadağa qoyulması da nəzərdən keçirilir.

 Britaniya mediasının ələ salan mövqeyi gecikmədi.

“The Independent” yazıb: ““Şotlandiyanın “pişik qadağası”. Bu onların ağıllarının qaçdığının son işarəsidir. Bu, çox axmaq düşüncədir”.

Heyvanların müdafiəsi təşkilatları da tənqidlər səsləndirib:

“Şotlandiya pişikləri sevən bir ölkədir”.

Pişiklərin Mühafizəsi Qeyri-hökumət təşkilatından olan Alice Palombo “Pişiklər ev heyvanlarıdır və bir çox insanlar üçün onlar ailənin bir hissəsidir, məsələn, yaşlıları və ya tək yaşayanlara dostluq etmələri, sağlamlıq problemi olanlar üçün rahatlıq, dinclik vermələri kimi bir çox faydası var.”

Bu açıqlamadan 24 saat keçməmiş Şotlandiyanın birinci naziri Con Svinni vəziyyətə müdaxilə edərək BBC Şotlandiyaya danışıb:

“Pişikləri qadağan etmək kimi bir niyyətimiz yoxdur. Belə bir şey qətiyyən baş verməyəcək.”

 

Günel Həsənova

Gununsesi.info