Speys TV-nin rəhbəri kim olacaq? – Sevil Əliyeva gəlir

  • By admin
  • 09 Fevral 2021 17:58

Speys TV-nin sədri, tanınmış rejissor Vaqif Mustafayevin vəzifədən azad edilməsindən sonra bu kanala kimin rəhbərlik edəcəyi müzakirə mövzusudur.

Gununsesi.info Kult.az-a istinadla xəbər verir ki, hazırda bir çox şəxsin – Speys TV-yə bir vaxtlar rəhbərlik etmiş Etibar Babayev, ATV-nin keçmiş sədri Vüqar Qaradağlı, o cümlədən tanınmış aparıcı Turan İbrahimov və hətta Vado Korovinin namizədliyinin mümkünlüyü haqda iddialar səsləndirilir.

Speys TV-nin təsisçisi Sevil xanım Əliyeva mediaya açıqlamasında artıq kanalın rəhbərinin müəyyənləşdiyini, yaxın vaxtlarda onun ictimaiyyətə təqdim ediləcəyini bildirib.

Saytımıza verilən məlumata görə, S.Əliyevanın seçimi tanınmış jurnalist, uzun illərdir Speys TV-də çalışan, böyük sənətkarımız Rəşid Behbudovun kürəkəni (Rəşidə Rəşidin həyat yoldaşı) Kamil Şahverdiyevdən yanadır. Hazırda da kanala müvəqqəti rəhbərliyi K.Şahverdiyev edir.

Əldə etdiyimiz məlumata görə, Sevil Əliyevanın yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir və o zaman da kanal rəhbərini özü təyin edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Londonda yaşayır.

Gununsesi.info