Şri-Lankada baş nazirin və deputatların evi yandırıldı

  • By admin
  • 10 May 2022 23:09

Şri-Lankada iqtisadi böhranın dərinləşməsi fonunda ötən aydan bəri davam edən kütləvi etirazların ardından baş nazir Mahinda Rajapaksa dünən   istefa verib.

Gununsesi.info BBC-yə istinadən bildirir ki, buna baxmayaraq,  ölkədə etirazlar səngiməyib.

Rajapaksa tərəfdarlarının hücumuna məruz qalan Şri-Lankalılar öz növbəsində gecə ərzində rəsmi iqamətgahlarını tərk etməyən keçmiş baş nazir və deputatlara məxsus 50-yə yaxın evi yandırıblar.

Adada elan edilən komendant saatı çərşənbə səhərinə qədər uzadılıb.

Dünəndən bəri baş verən hadisələrdə 190-dan çox insanın yaralandığı, 7 nəfərin öldüyü bildirilir.

Baş nazirin istefasına baxmayaraq, etirazçılar onun qardaşı, prezident Qotabaya Rajapaksanın da istefasını tələb edirlər.

 

Gununsesi.info