Sudanda bombalanma oldu: 17 nəfər öldü

  • By admin
  • 01 İyun 2023 18:48

Sudanın paytaxtı Xartumda gerçəkləşdirilən hücum zamanı 17 nəfər ölüb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Sudan Ordusu və yarımhərbi qrup arasında yaşanan toqquşmalar 47-ci gündür ki, davam edir.

Son toqquşmalar zamanı 106 nəfər ağır yaralanıb.

Yaralılar və ölənlərin sayı Sudan Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info