Sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şərait mövcuddur — XİN rəhbəri

Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı tarixi şərait mövcuddur.

Gununsesi.info xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşdə bildirib.

Bu istiqamətdə yaranmış imkanlardan maksimum istifadə edilməsi üçün ölkəmiz tərəfindən davamlı səylərin göstərildiyi diqqətə çatdırılıb.