Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 20 Oktyabr 2025 14:51

Bu gün Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatı müvəqqəti dayandırılıb.

Gununsesi.info bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Sumqayıt şəhəri, 52-ci məhəllə, Novxanı bağları, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz xəttində yaranan qəzanın aradan qaldırılması ilə əlaqədar saat 13:50-dən qaz təchizatı dayandırılıb.

Hazırda təmir-bərpa işləri görülür. Sumqayıt şəhəri, 52-ci məhəllə və Novxanı bağlarının bir hissəsinin, Qurd dərəsi və Saray bağları yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Gununsesi.info