Suraxanıda 5 otaqlı ev yanıb

  • By ilhame
  • 17 İyul 2024 19:35

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün taxta atmaları, 3 otağının tavanı 70 m² sahədə və yaxınlıqda həyətyanı sahədə 3 ton ot bağlaması yanıb.

 

Gununsesi.info FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info