Suriyada avtobus partladıldı, 18 NƏFƏR ÖLDÜ

  • By admin
  • 07 Mart 2021 20:41

Suriyanın Xama əyalətində yol kənarına basdırılmış iki minanın partlayışı nəticəsində azı 18 dinc sakin həlak olub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, iki avtobus minalara düşərək partlayıb. Hadisə zamanı həmçinin bir neçə nəfər ağır yaralanıb.

İlkin məlumata görə, minalar yola İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.

Gununsesi.info