Şuşa sevincim - FOTOLAR

  • By admin
  • 14 Sentyabr 2021 23:34
8 noyabr 2020-ci il.
Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan, xalqımızın heç vaxt unutmayacağı tarixi bir gün.
Ali Baş Komandan İlham Əliyev Azərbaycanın qeyrət qalası, mədəniyyətimizin beşiyi, 28 il mənfur ermənilərin tapdağı altında qalan dilbər guşəmiz Şuşanın işğaldan azad edildiyini bəyan etdi.
Ölkə Prezidenti İlham Əliyevin başçılığı altında Müzəffər Azərbaycan Ordusunun əsgərləri tarixdə misli görünməmiş qəhrəmanlıq göstərərək qanları, canları bahasına uzun illər həsrətində olduğumuz Şuşanı bizə qaytardı.
Bu qürurverici xəbərdən heç iki gün keçməmiş Ali Baş Komandan xalqımıza daha böyük bir müjdə verdi.
Torpaqlarımız işğaldan azad olundu.
Biz ölkə Prezidenti cənab İlham Əliyevin illərdir apardığı məqsədyönlü siyasəti, böyük iradəsi, Şanlı Ordumuzun şücaəti ilə, şəhidlərimizin qanı bahasına böyük bir tarixi qələbə qazandıq. 28 il 6 aylıq ayrılıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi və qüdrətli Azərbaycan Ordusunun şücaəti ilə ruhumuzda yaşatdığımız doğma Şuşada üçrəngli bayrağımız dalğalanır. Bu sevinci bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdaram. Cənab Prezidentimiz İlham Əliyevin Azad Şuşamızı dirçəldəcəyindən əminəm. Əvvəlkindən daha abad, daha müasir olacaq.
İnci adına layiq olacaq əziz Suşamiz!
Bu günlərdə mən də bir qrup vətəndaş cəmiyyəti qurucuları arasında Şuşanı görmək xoşbəxtliyini yaşadım.
Əsgər və zabitlərimizə eşq olsun deyir, şəhidlərimizə rəhmət diləyir, şəhid analarının qarşılarında baş əyirəm.