“Şuşa, Xankəndi, Kəlbəcər və Laçında tikinti işləri seysmik rayonlaşma əsasında aparılmalıdır”

  • By admin
  • 21 Dekabr 2020 17:41

Şuşa, Xankəndi, Kəlbəcər və Laçında tikitni işləri seysmik rayonlaşma əsasında aparılmalıdır.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzininin baş direktoru, müxbir üzvi Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Qarabağ ərazisində Şuşa, Xankəndi, Kəlbəcər və Laçın əraziləri sıldırım qayalı, kəskin relyefli dağlıq sahələrdir. Bu ərazilərdə magistral yolların çəkilməsi, dövlət əhəmiyyətli obyektlərin tikilməsi, çoxmərtəbəli yaşayış binalarının inşa olunması seysmik rayonlaşma və mikrorayonlaşma tədqiqatlarının ən müasir üsullarla və dəqiqliyi yüksək olan geofizik cihazlarla alınmış məlumatlara istinadən aparılmalıdır.

Respublika Seysmoloji Xidmət Mərkəzi tikinti işləri üçün ən vacib olan seysmik rayonlaşma və mikrorayonlaşma istiqamətində də Qarabağ ərazisində genişmiqyaslı işlər görməyi planlaşdırır.

Gununsesi.org