Şuşada daha bu tədbirlər keçiriləcək -SİYAHI

  • By admin
  • 24 İyul 2022 14:16

2022-ci ilin əvvəlindən etibarən mədəniyyət paytaxtı Şuşa şəhərində “Şuşa ili” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Lakin müvafiq tədbirlər planına uyğun olaraq, hələ bir çox layihələr həyata keçirilməmiş qalır.

Gununsesi.info Nazirlər Kabineti tərəfindən təsdiq edilən tədbirlər planına daxil edilmiş, bundan sonra həyata keçiriləcək layihələri təqdim edir:

– “Şuşa-2022” beynəlxalq incəsənət festivalı

– “Şuşa yaradıcılıq emalatxanası” layihəsi

– “Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin və qaliblərin Qala-konserti

–  Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş silsilə tədbirlər

– “Şuşa İli”nə həsr olunmuş çövkən oyunu üzrə turnir

– “Wonderland-Azerbaijan 2022” beynəlxalq skaut düşərgəsi

– Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş şahmat turniri

– “İşıq festivalı. Şuşa” adlı audiovizual layihə

– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Youth Art Camp Shusha” adlı beynəlxalq layihənin təşkili

– Şuşa ətrafında “Yaşıl Qurşaq” yaratmaq məqsədilə ağacəkmə aksiyalarının təşkili və meşə bərpa işlərinin aparılması.

Gununsesi.info