Tacikistanda zəlzələ oldu

  • Müəllif: Firuzə
  • 03 İyun 2026 19:18

Tacikistanda – Pamir dağlarında əhalinin az yaşadığı ərazilərdə 5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Milli Nüvə Mərkəzinin Geofiziki Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilib ki, seysmik hadisə yerli vaxtla saat 11:58-də (Bakı vaxtı ilə saat 10:58 – red.) qeydə alınıb.

Yeraltı təkanların episentri ölkənin şərqində, Düşənbə şəhərindən 294 kilometr məsafədə olub.

İlkin məlumatlara görə, dağıntı və itki qeydə alınmayıb.

Gununsesi.info