Taliban qadınların kişi həkimlərə getməsini qadağan edir

  • By admin
  • 18 Yanvar 2023 17:35

Əfqanıstanda hakimiyyətə nəzarəti ələ keçirən Taliban administrasiyası qadınlara qarşı bir çox məhdudiyyətlər qoyub.

Gununsesi.info-nun xəbərinə görə, rejimin sonuncu məhdudiyyəti  qadın xəstələrin kişi həkimlərə getməsini qadağayla bağlıdır.

Yayılan xəbərlərə görə, Bəlx şəhərində kişi həkimlərə qadın xəstələri, qadın həkimlərə isə kişi xəstələri qəbul etməmək göstərişi verilib. Ölkə daxilində bir çox qurum qadınların məşğulluğunu məhdudlaşdırsa da  qadın xəstələrin qadın həkim tapma ehtimalı müzakirə mövzusu idi.

“8sobah” qəzetinə verdiyi açıqlamada Talibanın Bəlx Əyaləti İşləri İdarəsi də “kişi və qadın tibb işçiləri üçün iş otaqlarının ayrılması lazım olduğunu” bildirib.

Açıqlamada əlavə edilib ki, kişi xəstələrin kişi həkimlərin, qadın xəstələrin isə qadın həkimlərin qəbuluna yazılmalı, kişilərin isə qadın xəstələrin olduğu otaqlara daxil olması qəti qadağandır.

 

Tərcümə:

Afət Abbasova