“Taliban”dan ŞOK QƏRAR

“Taliban” radikal hərəkatı hökumətinin nəzarətində olan Əfqanıstan Mərkəzi Bankı ölkədə kriptovalyutaların çıxarılmasını və dövriyyəsini qadağan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Əfqanıstan polisinin yüksək rütbəli zabitinə istinadla məlumat yayıb.

HTML tutorial

“Mərkəzi bank bizə bütün pul dəyişdirənlərə, fiziki şəxslərə və sahibkarlara bitkoin kimi saxta rəqəmsal valyutalardan istifadəni qadağan etməyi əmr edib”, – Herat vilayət polis idarəsinin cinayət axtarış şöbəsinin rəisi Syed Shah Saadat bildirib.

Onun sözlərinə görə, bu ay tətbiq edilən qadağa zamanı “Taliban” 13 nəfəri həbs edib, onların çoxu girov müqabilində sərbəst buraxılıb. Bundan əlavə, Əfqanıstanın üçüncü böyük şəhəri və rəqəmsal token ticarətinin mərkəzi olan Heratda 20-dən çox kriptovalyuta birjası bağlanıb.

“Bloomberg”in məlumatına görə, repressiya Əfqanıstan əhalisinin bir hissəsi əmanətlərini saxlamaq və onların “Taliban”ın əlinə keçməsinin qarşısını almaq üçün kriptovalyutalarla məşğul olmağa başladıqdan sonra başlayıb. Kriptovalyutalar “Taliban”a qarşı tətbiq edilən sanksiyalarla qlobal bank sistemindən kəsilən ölkədə pul köçürmələri üçün məşhur üsula çevrilib.

ABŞ-ın 2021-ci ilin yazında Silahlı Qüvvələrini ölkədən çıxarmaq qərarını elan etməsindən sonra “Taliban” Əfqanıstanda nəzarət yaratmaq üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də “Taliban” döyüşsüz Kabilə daxil olub, prezident Əşrəf Qani isə ölkəni tərk edib. Sentyabrın 7-də radikallar legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.

Gununsesi.info