Tankçılarımız finala yüksəldi

  • By admin
  • 02 Sentyabr 2021 14:09

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Gununsesi.info-a Müdafiə Nazirliyindən verilən məlumata görə, yarmfinal mərhələsində uğurla çıxış edən komandamız final mərhələsinə yüksəlib.

Sentyabrın 4-də keçiriləcək final mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstandan olan tank heyətləri ilə mübarizə aparacaqlar.

Finalda Azərbaycan komandası qırmızı, Rusiya göy, Çin sarı, Qazaxıstan isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

Gununsesi.info