“Ölkədə olan bütün iri İT şirkətlərin İRİA tərəfindən ucdantutma vergidən azad edilməsi ilə bağlı addımın qanunauyğunluğu da indiyədək mübahisə mövzusudur”.
Gununsesi.info bildirir ki, bunu Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:
“Fikrimcə Prezidentin İT sektora dəstəklə bağlı məlum fərmanının icrası düzgün yerinə yetirlməyib.
DVX və İRİA arasında bununla bağlı bir xeyli “vuruşma” gedib.
Qanunvericilikdə nəzərdə tutulub ki, texnopark rezidenti olmaq istəyənlər bəlli bir prosedurdan keçməlidir, ekspertizalar aparılmalıdır və yekun qərar da qanunvericilikdə nəzərdə tutulan Ekspert Şurası tərəfindən qəbul edilməlidir.
Ölkənin digər uyğun strukturlarında bu tip qərarlar ancaq kollegial formada, qanunvericilikdə nəzərdə tutulduğu qaydada, Ekspert Şuraları tərəfindən qəbul edilir.
İRİA-da isə dəfələrlə bu istiqamətdə təkliflərimiz olsa da, indiyədək belə qurum formalaşdırılmayıb.
Görəsən güzəştlər nə üçün verilib, düzgün istifadə edilirmi, xaricə yönəlik – rəqabətədavamlı fəaliyyət qurulurmu, ekosistemə, startaplara və innovasiyalar nə yatırımalr edilib və s.
Ümumiyyətlə, bir nəfərin imzası ilə yüzlərlə iri İT şirkətin vergidən azad olunması haqqında qərarın nə dərəcədə legitim olması xeyli düşündürücüdür.
Əlbəttə, şübhə etmirəm ki, rəqəmsal transfromasiyada xeyli irəliləyiş əldə edən İRİA bu sahədə də dönüş yaratmaq üçün səylər göstərir.
Lakin hələlik İRİA-nın bu sahədəki siyasətinin nəticəsi ortadadır.
Yüz milyonlarla dövlət sifarişi var, ucdantutma bütün böyük İT şirkətlər milyonlarla vergi güzəştləri əldə edib, amma dəyər yaradan İT sektoru formalaşmayıb.
Ümid edirəm İRİA-nın Technest layihəsindəki qüsurlarla bağlı “padval əməliyyatını” nə zamansa “Texnopark rezidenti” layihəsi üçün də keçirməyə ehtiayc qalmayacaq
İnanıram ki, bu yanaşmaya yenidən baxılacaq və sektor real dəyər yaradan istiqamətə yönləndiriləcək”.
Afət












