
Azərbaycanın tanınmış idmançısı Tofiq Musayev ABŞ-da keçirilən Bellator döyüşünə yollanıb.
Gununsesi.info-nun xəbərinə görə, dünyanın məşhur rinqinə yollanan həmyerlimizin rəqibi dünyada tanınan məşhur idmançılardan biri olan Sidney Outlawdir.
Qeyd edək ki, Sidney Outlaw bu günə qədər keçirdiyi 20 döyüşdən 16-sında qələbə qazanıb. 11 döyüşü isə vaxtından əvvəl qələbə ilə başa vurub. Outlaw hal hazırda dünyanın ən nüfüzlu təşkilatlarınnan biri olan Bellatorda yüngül çəki üzrə 1-ci yerdədir. Sidney son 6 ildə sadəcə 1 məğlubiyyət alıb.
Bundan əlavə o Brazilian Jiu-Jitsu üzrə qara kəmər sahibidir.
Tofiq Musayevə gəlincə, qeyd edək ki, həmyerlimiz 2019-cu ildə dünyanın 10 güclü idmançısı siyahısında yer alıb.
İdman Akademiyasının məzunu olan həmyerlimiz Kunq-fu, Sanda üzrə dünya çempionu, MMA üzrə dünya, avropa və dəfələrlə Avrasiya çempionu olmuşdur.
Onu da qeyd edək ki, Tofiq Musayev Bellator-dakı döyüşünə “Palmali Group”un sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun dəstəyi ilə gedib.
İdmançımızın geyimində “Palmali”nin loqosu əks olunacaq.
Xatırladaq ki, Tofiq Musayev bu günlərdə İstanbulda Mübariz Mənsimovun qonağı olub.
Mübariz Mənsimovun idmançımıza dəstəyinə bir səbəb də onun 44 günlük Vətən Savaşına könüllü yollanması olub.
Ümid edirik ki, Qarabağ müharibəsindən qələbə ilə qayıdan Tofiq Musayev Amerikada da bayrağımızı qaldıracaq.
Günay Təhməzova
Gununsesi.info