Tokayev Pakistana gedir

  • Müəllif: Firuzə
  • 02 Fevral 2026 09:08

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfəri edəcək.

Gununsesi.info xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Tokayevin səfəri 3-4 fevral tarixlərini əhatə edəcək.

O, dövlət səfəri çərçivəsində pakistanlı həmkarı Asif Əli Zərdari və Baş nazir Şahbaz Şəriflə görüşəcək.

Qeyd olunub ki, Tokayev həmçinin Qazaxıstan-Pakistan biznes forumunda da iştirak edəcək.

Gununsesi.info