“Tombalacı”nın ölüm səbəbi məlum oldu

  • By admin
  • 02 Sentyabr 2020 13:16

Bir neçə gün bundan əvvəl dünyasını dəyişən Türkiyənin tanınmış aktyoru Haldun Boysanın ölüm səbəbi bəlli olub.

Gununsesi.info xəbər verir ki, 62 yaşlı aktyorun həmin gün iki dəfə halının pisləşdiyi, narahatlığının ürəyinə qoyulmuş stendlə bağlı olduğu ortaya çıxıb.

Türkiyə KİV yazır ki, stend iyun ayında dəyişdirilməli imiş. Lakin Boysan koronavirus qorxusu səbəbilə xəstəxanaya getməyib, dəyişdirilmə prosesini qeyri-müəyyən vaxtadək təxirə salıb. Həm 90 yaşlı anasını, həm də özünü qorumaq istəyən aktyor bu səbəbdən bazar ertəsi günü həyatını itirib.

Qeyd edək ki, Haldun Boysan “Kurtlar vadisi” serialından “Tombalacı” ləqəbi ilə də tanınıb.

Gununsesi.info