Törətdiyi əməllə 1 hektar əkin sahəsi yandı - Foto

  • Müəllif: Şəbnəm
  • 27 Sentyabr 2025 11:11

Şamaxı rayonunun Şəhriyar qəsəbəsi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.infoya verilən məlumata görə, araşdırmalarla yanğının rayon sakini Fuad Səmiyev tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində 1 hektar əkin sahəsi yanıb. 

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.