Tovuz sakinlərini “Açıq mikrofona”a gətirən səbəblər məlum olub - FOTOLAR

  • By admin
  • 30 Avqust 2022 15:11

“Hazırda Hacılar, Kazımlı kəndlərində, Əyyublu və Cəlilli yeni yaşayış massivlərində qazlaşma işləri davam edir”.

Bunu Şəmkir Regional qaz istismarı İdarəsinin rəisi Tovuz şəhərində keçirilən “Açıq mikrofon” aksiyasında bildirib. Qazlaşma işlərinin tədbirlər planına uyğun aparıldığını deyən Elman Qənbərov ənənəvi hal alan aksiyada abonentlərin müraciətlərini dinləməyə hazır olduqlarını qeyd edib.

Fərdi yaşayış evinin qazlaşdırılması istiqamətində Düz Qırıqlı və Qazqulu kənd sakinləri Namiq Qarayevlə Nəriman Abdıyevin müraciətləri də qeydə alınıb.

Tovuz şəhəri, Zaur Axundov küçəsinin sakini Etibar Abbasovun müraciəti isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub.
Aksiya zamanı həmçinin işə qəbul, sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz olunması, həmçinin Səfərli kəndinin qazlaşdırılması kimi müraciətlər yer alıb.

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Gununsesi.info