Tovuzda iki avtomobil toqquşdu - FOTOLAR

  • By admin
  • 09 Aprel 2023 14:38

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Düz cırdaxan kəndi ərazisində qeydə alınıb.

Belə ki “Hunday” markalı avtomobil ilə “Mercedes” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sərnişini kəllə-beyin travması alıb və təcili tibbi yardım maşını ilə rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ( orta-ağır) olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.