Yaponiyanın avtomobil istehsalçısı Toyota-nın keçmiş rəhbəri Hiroşi Okuda 93 yaşında vəfat edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Kyodo News milli xəbər agentliyi Toyota Motor Corporation-ın rəsmi açıqlamasına istinadən məlumat yayıb.
Nəşr bildirib ki, “Toyota çərşənbə günü dəfn mərasiminin qapalı şəkildə və yalnız ailə üzvlərinin xahişi ilə keçiriləcəyini bildirib və əlavə edib ki, anım mərasimi və ya digər vida tədbiri üçün planlar hələ müəyyən edilməyib”.
Okuda 1995-ci ildən 2006-cı ilə qədər Toyota şirkətinə rəhbərlik etmiş və təxminən otuz il ərzində təsisçi ailəsindən kənardan gələn ilk baş direktor olmuşdur. O, ixracata zərər verən möhkəmlənən yena səbəbindən çətin bir dövrdə şirkətə rəhbərlik etməyə başlamışdır.
Maqsud












