“ABŞ Prezidenti Donald Trumpın Çinə səfərinə 6 gün qalıb. Bu müddətdə Vaşinqtonun İranla müharibənin dayandırılmasına dair hansısa sənəd imzalaması vacib görünür”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Asif Şəfəqqətov deyib:

“Çünki Tramp “İran bataqlığında olan lider” görüntüsü ilə Çinə getmək istəmir. Ona görə də Vaşinqtona istənilən formada atəşkəs və ya sülh sənədi lazımdır.
İran da bunu yaxşı anlayır və ABŞ-ın Pakistan vasitəsilə göndərdiyi təkliflərə güzəşt etmir. Əksinə, cavab prosesini uzatmaqla Vaşinqtonu çətin vəziyyətdə saxlayır.
14 mayadək, böyük ehtimalla isə 12-13 may tarixlərində İranla ABŞ arasında formal xarakterli sənəd imzalana bilər.
Sənədə əsasən ABŞ aşağıdakı öhdəlikləri götürəcək:
— İranın aktivlərinin bir hissəsini qaytarmaq;
— İrana tətbiq olunan məhdudiyyətlərin bir hissəsini aradan qaldırmaq;
— İrana qarşı atəşkəs rejimini 3-4 ay uzatmaq.
İranın isə aşağıdakı öhdəlikləri götürəcəyi bildirilir:
— Hormuz Straitnı özünün yeni qaydaları çərçivəsində açıq saxlamaq;
— nüvə zənginləşdirməsini 10-15 il müddətinə dayandırmaq;
— Körfəz ölkələrinə zərbə endirməmək”.
Politoloq hesab edir ki, İran bu sənədlə ABŞ qarşısında ciddi öhdəlik götürmür.
“Sadəcə Vaşinqtona siyasi baxımdan vəziyyətdən çıxmaq üçün imkan yaradır ki, Tramp Çin səfərində yaranmış görüntü problemini aradan qaldıra bilsin.
ABŞ-ın götürəcəyi öhdəliklərin böyük hissəsi kağız üzərində qala bilər. Bununla belə, atəşkəs rejiminin uzun müddət davam etməsi ehtimalı istisna edilmir. İranın da hazırkı şəraitdə ABŞ-dan əsas gözləntisinin məhz budur”.
Günay












