Tramp ermənini Norveçə səfir təyin etdi

  • By admin
  • 08 Fevral 2025 14:27

ABŞ -nin yeni Prezidenti Donald Tramp Maykl E. Kavoukyanı ölkəsinin Norveç Krallığında növbəti səfiri təyin edib.

Gununsesi.info bildirir ki, Tramp bu barədə sosial media hesabında yazıb.

Mən məmnunam ki, Maykl E. Kavoukyan ABŞ-ın Norveç Krallığında növbəti səfiri vəzifəsini icra edəcək” deyən Tramp sosial mediada bildirib.
Məlumata görə, yeni səfir  əvvəllər CIA Əməliyyatlar Mütəxəssisi vəzifəsində çalışıb. Maykl Kavaoukyan Stenford Universitetinin və Harvard Hüquq Məktəbinin məzunudur”.

 

Afət

Gununsesi.info