ABŞ-ın keçmiş prezidenti Donald Tramp potensial seçicilər arasında keçirilən yeni sorğuda rəqibi, vitse-prezident Kamala Harrisi qabaqlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.
Bildirilib ki, indi Tramp bir qədər irəlidədir – onu sorğuda iştirak edənlərin 48%-i dəstəkləyir, Harris isə 47% səs toplayıb.
Qeyd olunur ki, bu sorğu son bir ayda Trampın rəqibini qabaqlamağı bacardığı ilk sorğudur. Harrisin reytinqinin aşağı düşməsi avqustda Demokratik Milli Konvensiyadan sonra onun kampaniyasının aktiv işıqlandırılmasının sona çatması ilə bağlı ola bilər.
Nəticələr göstərir ki, Tramp Harrislə müqayisədə bir sıra üstünlüklərə malikdir, o cümlədən seçicilər arasında populyarlıq və mühüm məsələlərdə daha güclü mövqelər.
Xüsusilə, sorğuda iştirak edən seçicilərin 46%-nin Tramp haqqında müsbət rəyi var ki, bu da onu 2016 və 2020-ci il seçkiləri ilə müqayisədə daha populyar edib.
Trampın dəstəyinin əsas amili onun Harrislə müqayisədə daha güclü göründüyü seçicilərin ən çox maraqlandığı məsələlərdə mövqeyidir.
Gununsesi.info