Tramp Hindistanda keçiriləcək QUAD sammitində iştirak etməyəcək

ABŞ prezidenti Donald Tramp bu payızda keçiriləcək QUAD sammiti üçün Hindistana səfərini ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısının iş qrafiki ilə tanış olan mənbələrə istinadən New York Times qəzeti yazıb.

Məlumata görə, Tramp Hindistanın baş naziri Narendra Modini sammitdə iştirak etmək niyyəti barədə məlumatlandırıb, lakin sonra “planlarını yenidən nəzərdən keçirib”. Bu qərarın səbəbləri açıqlanmır.

Qəzetin qeyd etdiyi kimi, Modi hazırda Amerika lideri tərəfindən “kənar adam” siyahısındadır.

 

Gununsesi.info