İran kampaniyadan oğurlanmış daxili sənədləri Demokrat Partiyasına təhvil verib və bununla da Amerika seçkilərinə “real müdaxilə” edib.
Gununsesi.info xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib.
Onun fikrincə, İranın Co Baydenin qərargahına məlumat ötürməsi xarici dövlətin seçkilərimizə real müdaxiləsinə nümunədir.
Əvvəllər iranlı hakerlər Tramp kampaniyasının daxili sənədlərini oğurlayaraq mediaya və Co Baydenlə əlaqəli olanlara göndəriblər.
Gununsesi.info