Tramp yarım milyon insanı deportasiya edib

  • Müəllif: Firuzə
  • 21 Oktyabr 2025 16:50

ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışından sonra ölkədən çıxarılan qeyri-qanuni miqrantların sayı rekord həddə çatıb. Daxili Təhlükəsizlik Departamentinin (DHS) yüksək vəzifəli rəsmisinin Fox News Digital-a verdiyi məlumata görə, Tramp administrasiyası yanvar ayından bəri 515 mindən çox qeyri-qanuni miqrantı deportasiya edib.

ABŞ Daxili Təhlükəsizlik Departamenti katibinin köməkçisi Trisia Maklaflin sözlərinə görə, ilin sonuna qədər deportasiya edilənlərin sayı 600 minə çatacağı gözlənilir. Onun sözlərinə görə, ümumilikdə 2 milyondan çox miqrant ABŞ-ı tərk edib. Onlardan 1,6 milyonu könüllü şəkildə, qalanı isə deportasiya olunub. Bundan əlavə, 485 min nəfər də saxlanılıb.

 

Gununsesi.info