Tramp Zelenskini ittiham edib

  • Müəllif: Şəbnəm
  • 26 Sentyabr 2024 10:08

Ukrayna lideri Vladimir Zelenski Ukraynadakı münaqişəyə son qoymaq üçün saziş bağlamaqdan imtina edib.

Gununsesi.info xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib, onun sözlərini The Financial Times (FT) yazır.

“ABŞ münaqişənin həlli ilə bağlı razılaşmadan imtina edən Zelenskiyə milyardlarla dollar verməyə davam edir. Ukraynanın indiki vəziyyətdən yaxşı olacaq heç bir sövdələşmə yoxdur – sizin ancaq məhv olmuş ölkəniz var”, – deyə Tramp bildirib.

Tramp həmçinin Ukrayna prezidentinin onu tənqid edən bəyanatlarından qəzəbləndiyini bildirib və onları “çirkli” adlandırıb.

Qeyd edək ki, sentyabrın 23-də Zelenski deyib ki, Tramp Ukraynadakı münaqişəni əslində necə dayandıracağını bilmir.

 

 

Gununsesi.info