Tramp Zelenskiyə Patriot raketləri vəd edib

  • By Günel
  • 20 Mart 2025 19:49

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı ölkəsinə əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı yardım göstərməyə razılaşıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” yazır.

Materialda Ağ Evin mətbuat katibi Caroline Levitt-ə istinad edilir.

“Zelenski Trampdan əhalini qorumaq üçün əlavə hava hücumundan müdafiə sistemi istədi” dedi.

Levittin qeyd etdiyi kimi, Ukrayna lideri ABŞ prezidentindən ölkəsini daha bir neçə “Patriot” zenit-raket kompleksi ilə təmin etməyi “xüsusilə xahiş edib”. Nəticədə Tramp Zelenskiyə söz verib ki, münaqişə zonasına avadanlıq tədarükünün mümkün variantlarını nəzərdən keçirəcək.

Gununsesi.info