Türkiyə Mərkəzi Bankından lirə ilə bağlı -Açıqlama

  • By admin
  • 23 Noyabr 2021 20:12

Türkiyə Mərkəzi Bank lirənin ucuzlaşmsı ilə bağlı açıqlama yayıb.

Gununsesi.info TRT-yə istinadən xəbər verir ki, açıqlamada deyilir:

“Türkiyə Mərkəzi Bankının üzən məzənnə rejimində məzənnə səviyyəsinə dair heç bir öhdəliyi yoxdur. Valyuta məzənnələri tələb və təklif şərtləri ilə sərbəst bazar dinamikası ilə müəyyən edilir. Müəyyən şərtlər daxilində Mərkəzi Bank yalnız həddindən artıq olarsa, məzənnəyə müdaxilə edə bilər. Valyuta bazarlarında qeyri-real və iqtisadi əsaslardan tamamilə uzaq olan qeyri-sağlam qiymət formalaşması müşahidə olunur.

Şirkətlərimiz və vətəndaşlarımız dəyişkən bazar şəraitində iqtisadi əsaslardan tamamilə uzaq olan dəyərlərlə ticarət etməklə mümkün itkilərə qarşı xəbərdarlıq etmək üçün bu açıqlama verilir”.

Gununsesi.info