Türkiyə hökuməti İrəvanla danışıqların nəticələrini müzakirə edəcək

  • By admin
  • 19 Yanvar 2022 11:25

Bu gün Türkiyə Nazirlər Kabineti Türkiyə və Ermənistan nümayəndələrinin görüşünü müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, iclas Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək.

“Toplantıda Ankaranın Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın erməni emissar Ruben Rubinyanla ilk görüşünün nəticələri müzakirə olunacaq”,- məlumatda deyilir.

Xatırladaq ki, yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü olub.

Gununsesi.info