“Azərbaycan yalnız Türkiyə ilə qarşılıqlı öhdəliklərə əsaslanan bir sənəd imzalayıb və məsələ yalnız iki dövlət arasında olan münasibətlər çərçivəsindədir”.
Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib:
” NATO bir neçə dövlətin birləşmiş silahlı qüvvələrindən ibarət alyansdır və bu quruma çoxsaylı ölkələr daxildir. Son dövrlərdə Rusiyanın raketlərinin və ya pilotsuz uçuş aparatlarının müəyyən ərazilərə daxil olması ilə bağlı hallarda NATO-nun müvafiq maddələrinə istinad olunurdu. Burada qarşılıqlı yardım, xəbərdarlıq və birgə reaksiya mexanizmləri nəzərdə tutulur.
Bu baxımdan, Türkiyənin NATO üzvü olması Azərbaycanın bütün NATO ilə hər hansı bir müqavilə bağlaması anlamına gəlmir. Məsələ yalnız iki qardaş dövlət arasında bağlanmış sənədlə məhdudlaşır və NATO-nun 4-cü və ya 5-ci maddələrinin bu sənədə heç bir aidiyyəti yoxdur”.
Qeyd edək ki, Milli Məclis Azərbaycan və Türkiyə Müdafiə nazirlikləri arasındakı Anlaşma Memorandumunu ratifikasiya edib.
Bununla bağlı “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Şəbnəm












